çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki komanda 1/4 finala vəsiqə qazanıb.

Gecənin maraqla gözlənən qarşılaşması İngiltərədə keçirilib. Turnirin son çempionu "Liverpul" doğma meydanda "Atletiko" ilə üz-üzə gəlib. İlk oyunda Madrid klubuna minimal hesabla məğlub olan (0:1) "qırmızılar" cavab matçında sərfəli nəticə qazanmağa çalışıb. İngiltərə nəhəngi matçın əsas vaxtını 1:0 qalib başa vurub. Bu üzdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtda isə qonaqlar əsl şou göstərib. Nəticədə, ümumi hesabda 4:2 üstün olan "Atletiko" çL-in son finalçısını 1/4 finala buraxmayıb.

Digər görüşdə isə PSJ "Borussiya"nı qəbul edib. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

11 mart (çərşənbə)

PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya) 2:0
Qol: Neymar, 28. Bernat, 45+1.
İlk oyun – 1:2
Paris. "Park de Prens". Baş hakim: Entoni Taylor (İngiltərə)
PSJ: Navas, Kerer, Kimpembe, Markinyos, Bernat, Paredes, Quey, Di Mariya, Sarabiya, Neymar, Kavani.
Borussiya: Bürki, Pişek, Hakimi, Zaqadu, Hummels, Gerreyro, Emre Can, Vitsel, Sanço, Azar, Haland.

 

"Liverpul" (İngiltərə) – "Atletiko" (İspaniya) 2:3
Qol: Veynaldum, 43. Firmino, 94 - Lyorente, 97; 105+1. Morata, 120+1.
İlk oyun – 0:1
Liverpul. "Enfild Roud". Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul: Adrian, Aleksander-Arnold, Van Deyk, Qomes, Robertson, Veynaldum, Henderson, Oksleyd-çemberlen, Firmino, Mane, Salah.
Atletiko: Oblak, Trippyer, Saviç, Felipe, Renan Lodi, Tomas, Saul, Koke, Korrea, Joao Feliks, Dieqo Kosta.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest