"Çox şadam ki, növbəti mərhələyə yüksəldik. Çünki biz buna layiq idik. Bu qarşıdurmada dörd qol vurduq və bir imkanı belə qaçırmadıq. İki görüşdə də "Tottenhem"dən üstün oynadıq. Bəlkə də Londonda daha yaxşı çıxış etmişdik"

çempionlar Liqasının 1/8 final mərhələsində "Leyptsiq" "Tottenhem"i 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Matc.az xəbər verir ki, görüşün ardından hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Joze Mourinyo ("Tottenhem"in baş məşqçisi): "Dünən mən çox pozitiv idim və hər zaman bu şəkildə davranmalıyam. Hamımız qələbəyə inanırdıq. Ancaq çətin idi, çünki rəqib çox güclüdür. İlk hissədəki səhvlərimizdən iki qol vurdular. Sonra oyun çox ağır oldu. "Leyptsiq" fiziki cəhətdən əla formadadır. Digər görüşlərdəki səhvləri yenə təkrarlayırıq. Bəzən də buna məcbur qalırıq. çətin durumlar bizi gələcəyə daha yaxşı hazırlayır. Hər matça yorğunçuluq və zədəlilərimiz olur. Günahlandıracaq heç kim yoxdur. Bütün mövsüm bizim üçün belə keçdi. Oyunçuları günahlandıra bilmərəm, əllərindən gələn hər şeyi etdilər. Müəyyən bir şəkildə hazırlaşmağa çalışmışdıq. Matçdan bir neçə saat əvvəl Davinson Sançesin də oynaya bilməyəcəyini bildim. Heç kim belə şeylərdən siğortalanmır".

Yulian Naqelsmann ("Leyptsiq"in baş məşqçisi): "çox şadam ki, növbəti mərhələyə yüksəldik. çünki biz buna layiq idik. Bu qarşıdurmada dörd qol vurduq və bir imkanı belə qaçırmadıq. İki görüşdə də "Tottenhem"dən üstün oynadıq. Bəlkə də Londonda daha yaxşı çıxış etmişdik. Orada topa sahib olduğumuz zaman səmərəli istifadə edirdik. Fasilədən sonra ilk 5-10 dəqiqədə problem yaşadıq. Ancaq nəticədən məmnunam. çox gənc komandamız var. Bizim üçün hər şey əla olmasa da, bu iki vacib oyunda yaxşı mübarizə apardıq. Kollektiv oynamağa çalışdıq və növbəti mərhələdə bu şəkildə davam etməyimiz vacibdir. Gələcək rəqib barədə düşünmürük. Hazırda mərhələni keçməyin sevincini yaşayırıq. Növbəti rəqib kim olacaqsa, onlar da qazanmağa çalışacaq. Biz də yolumuza davam etmək istəyirik. Nələr əldə edəcəyimizi zaman göstərəcək".

Qeyd edək ki, tərəflər arasındakı ilk görüşdə də Almaniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest