çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atalanta" "Valensiya" nı 4:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Matc.az xəbər verir ki, bu görüşdə poker edən İtaliya təmsilçisinin 32 yaşlı hücumçusu Josip İliçiç çempionlar Liqasının pley-off mərhələsində iki matçda 5 qol vuran üçüncü oyunçu oldu.

Solveniyalıdan əvvəl Messi və Ronaldo bunu bacarmışdı. Argentinalı 2011-2012-ci il mövsümündə "Bayer" və "Real" görüşlərində 6 qol vurmuşdu.

Ronaldo isə 2016-2017 mövsümündə Madrid klubunda çıxış edərkən "Bavariya"ya qarşı keçirilən iki matçda 5 dəfə adını tabloya yazdırmışdı.

Qeyd edək ki, İliçiç bu mövsüm "Atalanta"da 29 oyuna 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest