Futzal üzrə ölkə çempionatları və kubok oyunları azarkeşsiz keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Məlumatda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının tövsiyəsini nəzərə alaraq Futzal Federasiyasının rəhbərliyinin martın 19-dək Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab oyunlarının azarkeşsiz keçirilməsinə qərar verdiyi bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest