"Tottenhem" dünən çempionlar Liqasında "Leyptsiq"ə məğlub olaraq (3:0) turnirdəki mübarizəsini dayandırdı.
Matc.az xəbər verir ki, bu oyunla Mourinyonun qələbə həsrəti altı oyuna çıxıb. London təmsilçisi 6 görüşdür rəsmi matçlarda qalib gələ bilmir. Komanda bu qarşılaşmalarda 2 məğlubiyyət və 4 heç-heçə edib.
Bu, portuqaliyalı mütəxəssisin karyerasındakı ən uğursuz seriyadır.