Koronavirusu epidemiyasına görə Türkiyə Super Liqasının oyunları təxirə salınmayacaq. Matc.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Muharrem Kasapoğlu açıqlama verib.

Nazir liqanın azarkeşsiz və ya təxirə salınmasının gündəmlərində olmadığını açıqlayıb. O, lazım olarsa, belə bir qərarı müzakirə edəcəklərini bildirib.

Səhiyyə nazirliyindən verilən açıqlamada dünən Türkiyədə bir nəfərin koronavirusa yoluxduğunu açıqlanıb.

Qeyd edək ki, həftəsonu Super Liqada "Qalatasaray" – "Beşiktaş" derbisi var. Yerli mətbuat bu görüş də daxil olmaqla digər oyunların da azarkeşsiz keçiriləcəyini yazırdı .

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest