Türkiyə millisinin sabiq kapitanı Arda Turan yığmanın Avropa çempionatındakı şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, o, "ay-ulduzlular"ın uğurlu çıxış edəcəyinə inandığını bildirib.

Türkiyə millisinin sabiq kapitanı Arda Turan yığmanın Avropa çempionatındakı şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, o, "ay-ulduzlular"ın uğurlu çıxış edəcəyinə inandığını bildirib:

"Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik. Digər rəqib İtaliya isə seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış komandadır. Məncə, onlarla başabaş mübarizə apara bilərik. Komandamızın uğurlu nəticələr qazanacağımıza inanıram".

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Türkiyə millisi iyunun 12-də İtaliya ilə Romada, ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest