İngiltərənin "Arsenal" klubunun futbolçularından bir neçəsi ev karantininə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Bu addım, "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Evangelos Marinakisin koronavirusa yoluxması ilə bağlıdır. Belə ki, iki həftə əvvəl "Arsenal"ın bəzi futbolçuları Avropa Liqasının "Olimpiakos"la matçında Marinakislə təmasda olub.
 
"Arsenal" bununla yanaşı, yunanlarla Londonda keçirilən görüşdə Marinakisin yanında əyləşən 4 işçisini də ev karantininə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest