Futbol üzrə Türkiyə Super Liqasında daha bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə qarşılaşması Malatyada baş tutub.
 
19-cu turdan təxirə salınan görüşdə "Yeni Malatyaspor" "Trabzonspor"u qəbul edib. Məhsuldar keçən qarşılaşmada 4 qol vurulub. üç xalı üç topla qazanan trabzonlular bu qələbə sayəsində turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
 
Türkiyə Super Liqası
19-cu turdan təxirə salınan oyun
11 mart
 
Yeni Malatyaspor - Trabzonspor 1:3
Qollar: Bulut, 44 - Novak, 10. Sosa, 30. Nvakaeme, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest