"Fənərbaxça" Ersun Yanalın yerinə Mirça Luçeskunu gətirir. Matc.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin nümayəndələri rumıniyalı mütəxəssislə görüşüblər.

Danışıqların müsbət yöndə irəlilədiyi bildirilir. Əgər tərəflər maliyyə məsələsində razılaşa bilsə, Luçesku komandanın yeni baş məşqçisi olacaq.  Belə ki, təcrübəli mütəxəssis klubdan iki il üçün 7 miyon avro tələb edib. Ancaq maddi durumu yaxşı olmayan İstanbul təmsilçisi bu rəqəmlə razılaşmır.

Xəbərdə Luçeskunun da Türkiyədə çalışmaq istədiyi və bu səbəbdən tərəflərin razılığa gələ biləcəyi qeyd edilib. Ruminiyalı baş məşqçi Türkiyə mətbuatına verdiyi açıqlamada komandanı çempion edə biləcəyini və bunun üçün rəhbərlikdən iki il vaxt tələb etdiyini söyləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest