İngiltərənin "Lester Siti" klubunun futbolçusu Rikardo Pereyra uzun müddətə sıradan çıxıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
O, martın 9-da "Aston Villa"ya qarşı keçirdikləri oyunda ağır zədə alıb. Ətraflı müayinələrdən sonra portuqaliyalı müdafiəçinin dizindəki zədə ilə əlaqədar təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
 
26 yaşlı futbolçu bu mövsüm 33 oyuna çıxıb, 4 qola imza atıb.
 
Qeyd edək ki, "Lester Siti"də bu gün həm də 3 futbolçuda koronavirus pandemiyası aşkarlanıb. Bu üzdən də bütün komanda üzvləri karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest