"Yuventus"un hücumçusu Kristiano Ronaldo koronavirus epidemiyası ilə bağlı testdən keçib. Matc.az xəbər verir ki, Portuqaliyada karantinə alınan 35 yaşlı forvardda koronavirus xəstəliyinin aşkarlanmadığı açıqlanıb.
 
Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək.
 
Qeyd edək ki, "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Ronaldo doğulduğu şəhər olan Madeirada karantinə alınıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest