"Oyunlar təxirə gedib. Ola bilsin ki, çempionat ümümiyətlə dayandı"

"Hazırda Latviyadayam. Ancaq vəziyyət yaxşı deyil"

Bu sözləri matc.az saytına "Səbail"dən Latviyanın "Dauqavplis" klubuna transfer olunan Orxan Qurbanlı deyib. O, koronavirus epidemiyasına görə sözügedən ölkədə durumun ciddi olduğunu qeyd edib:

"Oyunlar təxirə gedib. Ola bilsin ki, çempionat ümümiyətlə dayandı. Mən ölkəyə gələndən 4-5 saat sonra Latviyada sərhədləri bağladılar. Bütün ölkəni karantinə alıblar".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest