İspaniyanın "Real" klubunun futbolçusu Luka Yoviç açıqlama verib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu, koronavirus epidemiyası səbəbiylə karantinə alınacağı deyilən komandadakı məlum vəziyyətlə bağlı danışıb:
 
"Məşq üçün bir araya gəldik, amma rəhbərlik yanımıza gəlib, növbəti iki həftə ərzində məşqlərin olmayacağını bildirdi. Bizə evə getməyimizi və Madriddən ayrılmamağımızı tapşırdılar. Zədəli olduğum üçün son bir neçə məşqdə iştirak etməmişdim və virusa yoluxmuş oyunçu ilə eyni yerdə sağalırdım. Amma hazırda heç bir narahatlığım yoxdur, özümü yaxşı hiss edirəm. Klubun növbəti qərarını gözləyirik".
 
"Real"ın basketbol komandasının bir üzvünün koronavirusa yoluxduğu, buna görə də, klubun həm basketbol, həm də futbol komandasının bir müddət karantinə alınacağı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest