"Liverpul" mövsüm başa çatmadan çempion elan edilə bilər. Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Mənbə bildirir ki, bütün klublar mövsümün bərpa edilməyəcəyi təqdirdə çempionluğun "Liverpul"a verilməsinə razıdır. Cümə günü İngiltərə Premyer Liqası koronavirus epidemiyasına görə rəsmən dayandırıldı. çempionatın aprelin 4-də bərpa ediləcəyinə ümid edilir.

Qeyd edək ki, 82 xalla turnir cədvəlində lider olan"qırmızılar" ən yaxın izləyisici "Mançester Siti"dən 25 xal öndədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest