"Həyatımda belə bir vəziyyətə düşəcəyimə inanmazdım. Özümü ev dustağı kimi hiss edirəm. Əlbəttə ki, çox çətin bir vəziyyətdir, ancaq buna uyğunlaşmaq lazımdır"

Azərbaycan millisini çalışdırmağa ən yaxın namizəd Canni De Byazi koronavirus epidemiyasından danışıb. Matc.az xəbər verir ki, itlaiyalı mütəxəssis vəziyyətin çox ciddi olduğunu bildirib:

"Həyatımda belə bir vəziyyətə düşəcəyimə inanmazdım. özümü ev dustağı kimi hiss edirəm. Əlbəttə ki, çox çətin bir vəziyyətdir, ancaq buna uyğunlaşmaq lazımdır. Virusa yoluxmamaq üçün mümkün qədər təmasdan çəkinməliyik. Bəli, məcburi olan işlər görülməlidir. Amma əsas məsələ evdə qalmaqdır. çətin olacaq, amma bunu etməliyik. İtaliyada ciddi tədbirlər həyata keçirilib. çox diqqətli olmalıyıq. Burada hər kəs uzun müddətdir evdədir. Yalnız təcili ehtiyacımız olduqda çölə çıxmalıyıq. Güman ki, virusa qarşı ən yaxşı mübarizə metodu budur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest