Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slaviş Kokez koronavirusa yoluxub. 
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı funksionerin testi müsbət nəticə verib.
 
FSS rəhbərinin hazırda tibbi nəzarət altında olduğu bildirilib. Kokezin durumunun yaxşı olduğu vurğulanıb və təşkilat fəaliyyətini davam etdirir.
 
Qeyd edək ki, Slaviş Kokez 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidentidir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest