"Həqiqəti qəbul etməliyik. Mən artıq bu virus üzündən bəzi dostlarımı itirmişəm. Bu, olduqca dramatik bir şeydir. İnsanlara kömək edə bilmək üçün evdə qalmalıyıq"

İtaliya millisinin sabiq baş məşqçisi çezare Prandelli koronavirus epidemiyasından danışıb. Matc.az xəbər verir ki, o, insanları evdə qalmağa çağırıb:

"Həqiqəti qəbul etməliyik. Mən artıq bu virus üzündən bəzi dostlarımı itirmişəm. Bu, olduqca dramatik bir şeydir. İnsanlara kömək edə bilmək üçün evdə qalmalıyıq. Karantinə alınan bir neçə qohumum var. Onların testləri müsbət nəticə verib. Xəstələr həkimlər tərəfindən nəzarətdədir.  Düzdür, mən futbol adamıyam. Ancaq hazırda bu haqda düşünmürəm. İndi əziyyət çəkən, virusa yoluxanlar barədə düşünməliyik. İtaliya Avropada koronavirusun ən çox yayıldığı ölkədir. Hökümət qarşısı almaq üçün evdə oturmağımızı söyləyir. Buna əməl etməliyik".

Qeyd edək ki, Prandellinin adı Azərbaycan millisini çalışdırmağa namizədlər siyahısındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest