Bosniya və Herseqovinanın "çelik" klubunun baş məşqçisi ümit özat Türkiyəyə qayıdır. Matc.az xəbər verir ki, buna səbəb mütəxəssisin sözügedən ökədə qeydiyyata düşə bilməməsidir.

Türkiyə mətbuatı yazır ki, özat 3 aydır Bosniya və Herseqovinada yaşasa da, məlum səbəbdən federasiyadan lisensiya ala bilməyib. Ona görə də komandasının oyunları tribunandan izləyir. Bu səbəbdən də o, Türkiyəyə qayıtmaq məcburiyyətində qalır.

Qeyd edək ki, Elvin Yunuzsadə də "çelik" klubunda çıxış edir. Millimizin sabiq üzvü həmin ölkədə eyni problemi yaşayıb. Ancaq o, bu yaxınlarda saytımıza verdiyi açıqlamada məsələnin həll olunduğunu bildirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest