PSJ-nin baş məşqçisi Tomas Tuxel klubu tərk edə bilər. Matc.az xəbər verir ki, o, karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Məlumata görə, gənc mütəxəssis "Bavariya"nın baş məşqçisi olacaq. Münhen klubunun yayda komandanı ona əmanət edəcəyi bildirilir.

Digər bir iddiaya görə isə "Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri Tuxel ayrılacağı təqdirdə PSJ-yə keçəcək. Fransa mətbuatı artıq tərəflər arasında razılığın əldə olunduğunu yazır.

Qeyd edək ki, PSJ Liqa 1-də ikinci pillədən 12 xal fərqlə liderdir. "Bavariya" isə 55 xalla Bundesliqaya rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest