"Klubların prezidentləri ilə telefonla danışıram. Vacib bir həftə başlayır. Yəqin ki, oyunlar keçirilməyəcək və mövsüm başa çatmayacaq"

La Liqanın prezidenti Xavyer Tebas çempionatın dayandırlacağını açılayıb. Matc.az xəbər verir ki, o, görüşlərin bərpa olunma ehtimalının çox az olduğunu bildirib:

"Klubların prezidentləri ilə telefonla danışıram.  Vacib bir həftə başlayır. Yəqin ki, oyunlar keçirilməyəcək və mövsüm başa çatmayacaq. Bu həftə Avropada mühüm qərarlar verilə bilər. Koronavirus həyat məsələsidir. Bunun üçün həkimlər var. Hazırda yaxın vaxtlarda yaranacaq iqtisadi problemlərin həlli ilə məşğuluq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest