Azərbaycan çempionu "Qarabağ" da fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.
 
Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar "Qarabağ"ın əsas, əvəzedici komandalarının və "Qarabağ" Futbol Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.
 
Bununla da Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klublar məşqlərini dayandırmış olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest