UEFA dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə bağlı yaranan problem uzanacağı halda öz ölkələrinin liderləri olan komandaları çempion kimi tanıya bilər

UEFA dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə bağlı yaranan problem uzanacağı halda öz ölkələrinin liderləri olan komandaları çempion kimi tanıya bilər. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu hazırda dayandırılan liqaların liderlərinin çempion kimi tanınması məsələsinə baxır.
 
UEFA-nın bu gün milli federasiyalarla keçirəcəyi videokonfrans zamanı bununla bağlı məsələ müzakirə ediləcək.
 
Turnirlər davam etdirilməyəcəyi təqdirdə, hazırkı liderləri öz ölkələrinin çempionu elan etmək variantı təklif ediləcək. Avropa Liqasında iştirak edəcək komandalar da oxşar şəkildə müəyyənləşəcək. Belə bir hadisə Yuqoslaviyada müharibə olan zaman baş vermişdi. Həmin vaxt "Partizan" əvvəlcədən çempion elan edilmişdi.
 
Ancaq Aç-2020 bir mövsümlük təxirə salınsa, təklif edilən ideyalar müzakirə mövzusu olmayacaq və çempionatlar bu yay başa çatdırılacaq.
 
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında "Qarabağ" 8 xal fərqi ilə liderdi. UEFA-nın təklifi qəbul ediləcəyi halda, "Qarabağ" da mövsüm başa çatmadan çempion kimi tanına bilər.
 
Əlavə edək ki, hazırda Azərbaycan Premyer Liqası ən azı 1 aylıq dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest