FİFA 17 iyun - 4 iyul tarixlərində çində təşkil olunması planlaşdırılan klublararası dünya çempionatının təxirə salınması ilə bağlı qərar qəbul edib.
 
Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
Bildirilib ki, turnirin yeni tarixi hələ məlum deyil.
 
Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İngiltərə təmsilçisi, UEFA çempionlar Liqasının sahibi "Liverpul"du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest