"Bizə məşq etmək qadağan olub, buna görə hamımız evdə qalırıq. Küçəyə az çıxmağımız məsləhət görüldü. Hava limanınları işlərini davam etdirsə də, restoranlar, kafeler bağlıdır"

"Səbail"in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına koronavirus epidemiyası ilə bağlı Azərbaycanda yaranmış vəziyyət barədə danışıb. Matc.az xəbər verir ki, 33 yaşlı qolkiper hər iki ölkədə eyni durumun yarandığını söyləyib:

"Bizə məşq etmək qadağan olub, buna görə hamımız evdə qalırıq. Küçəyə az çıxmağımız məsləhət görüldü. Hava limanınları işlərini davam etdirsə də, restoranlar, kafeler bağlıdır. Marketler, yanacaqdoldurma məntəqələri və apteklər standart rejimdə çalışır. Karantin vəziyyətində yaşamaq əlbəttə ki, pisdir. Evdə oturursan, divana bağlısan. Hərəkətsiz oturmaq çox çətindir. Düzdür, indi hər yer belədir. Bunun tezliklə bitməsini istəyirik. Ailəmlə birlikdə evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm".

Qeyd edək ki, koronavirus epidemiyası üzündən Azərbaycan Premyer Liqasının XXI və XXII turları təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest