"Arsenal" Per Emerik Obameyanqı satmağa hazırdır. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərə görə, London təmsilçisi qabonlu futbolçuya 55 milyon avro qiymət qoyub. Ancaq "Barselona" bu məbləğin çox olduğunu bildirir. Kataloniya klubu qışda 31 yaşlı futbolçunu rənglərinə bağlamaq istəsə də, "Arsenal" rəhbərliyi buna icazə vermədi. Ancaq "topçular"ın bu mövsüm çempionlar Liqasından uzaq qalması forvardı satmağa məcbur edib.

Dünən İspaniya mətbuatı Obameyanqın "Barselona"da oynamaq istədiyini yazmışdı. Hətta futbolçunun yaxınlarının Kataloniyaya köçdüyü iddia edilib. "Barselona" rəhbərliyi də oyunçu ilə maraqlandığını təsdiqləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest