AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb. Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla matc.az saytına məlumat verib.

O, iclasın dəqiq vaxtı təyin edilməsə də, Novruz bayramı ərəfəsində keçirilməsinə ehtimal olunduğunu bildirib. Ancaq koronavirus epidemiyasının yayılması və bununla bağlı qəbul edilən qərarlara əsasən, iclas irəli bir tarixə təxirə salınıb.

Abdulla İcraiyyə Komitəsinin növbəti toplanışının tarix haqda bayramdan sonra məlumat veriləcəyini qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest