İngiltərə Futbol Liqası (EFL) koronavirus epidemiyası ilə mübarizə üçün komandalara 50 milyon funt sterlinq ayırmağa qərar verib. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qrumun himayəsində 72 komandanın çıxış etdiyi 3 liqa var: çempionşip, Liqa 1 və Liqa 2. Pullar nizamnaməyə uyğun olaraq paylanacaq. Belə ki, çempionşipdə mübarizə aparanlar 800 min funt sterlinq bonus alacaq və 584 min faizsiz kredit üçün müraciət edə biləcək.

Birinci liqanın klubları 250 min funt bonus və 183 min faizsiz kredit tələb etmə haqqına sahibdir. İkinci liqa təmsilçiləri isə 164 min bonus və 120 min kredit ala bilərlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest