"Latsio"nun hücumçusu çiro İmmobile çıxış etdiyi klublardakı baş məşqçiləri müqayisə edib. Matc.az xəbər verir ki, "Sevilya", "Borussiya" və hazırda Roma klubunda forma geyinən futbolçu çalışdığı mütəxəssislərin özəlliklərindən danışıb:

"İspaniya və İtaliyada məşqlər çox oxşardır. "Sevilya"da oynayanda Emeri taktikaya böyük əhəmiyyət verirdi. Onun matçlara necə hazırlaşması mənə biraz Konteni xatırladırdı. Klopp isə tamamilə fərqli idi. Bütün məşq top ilə keçir və oyunçular daim hərəkətdə olurdular. Bir saniyə belə dayanmaq yox idi. O, məşqçi kimi mənə çox şey verdi. İnzaqinin üslubu isə daha çox İtaliya futboluna aiddir. Ancaq digər iki məşqçinin keyfiyyətlərini özündə birləşdirir. Topla çox çalışdırır və lazımı qədər də taktika keçirik. Ancaq bütün bunlar həddində olur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest