Yaponiya Futbol Federasiyası bu mövsüm heç bir komandanın liqanı tərk etməyəcəyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə federasiya rəsmi saytından məlumat yayıb.

Yaponiyada çempionatlar koronavirus səbəbindən fevralın 23-dən təxirə getmişdi. Federasiya bildirib ki, aşağı liqadan əsas çempionata gələn iki komandaya mane olunmayacaq. Növbəti mövsümdən isə liqada 20 komanda mübarizə aparacaq. Mövsümün sonunda 4 klub çempionatı tərk edəcək.

Qeyd edək ki, Yaponiya çempionatında 18 komanda çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest