İngiltərə Premyer Liqası bərpa edilə bilər. Matc.az xəbər verir ki, bununla bağlı klub nümayəndələri  müşavirə keçirəcək.

Təşkilatçılar qalan 92 oyunun azarkeşsiz və bir neçə stadionda keçirilməsini istəyir. Təklif qəbul olunarsa, qarşılaşmalar kiçik bir şəhərin üç arenasında oynanacaq. Belədə daha az həkim və mühafizə işçiləri iş başında olacaq. Komandaların səyahət etməyəcəkləri üçün xəstəliyin yayılma riskinin də azalacağı bildirilir.

Qeyd edək ki, koronavirus epidemiyasının yayılması səbəbindən ötən həftə keçirilən iclasda oyunların aprelin 4-dək təxirə salınması qərara alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest