İngiltərə Futbol Assosiasiyası ölkə futbolunun aqibəti ilə bağlı yeni qərar qəbul edib. Matc.az xəbər verir ki, koronavirusun yayılması səbəbiylə liqaların aprelin 30-dək təxirə salındığı bildirilib.
Bu qərar həm də çempionatların uzadılacağı mənasına gəlir. Qrum daha öncə bütün görüşlərin iyunun 1-də başa çatacağını açıqlamışdı.
Premyer Liqanın aprelin 4-də bərpa ediləcəyi gözlənilirdi. Ancaq liqanın başlaması ayın 30-na qədər uzadılıb.