Bu gün futbol üzrə Belarus Premyer Liqasında yeni mövsümə start verilib.
 
Matc.az xəbər verir ki, Belarus Futbol Federasiyası qarşılaşmaların azarkeşli oynanılacağını açıqlayıb.
 
İlk oyun günündə iki görüş baş tutub. Belarus Liqasının 1-ci turunun açılış matçında bu gün "Energetik"lə BATE üz-üzə gəlib. Borisov təmsilçisi bu oyunda 1:3 hesablı məğlubiyyətə üzülüb. Günün digər matçında Soliqorsk "Şaxtyor"u doğma meydanda "Jodino"ya minimal hesabla məğlub olub.
 
Dünyada geniş yayılan koronavirus pandemiyasına görə Avropanın TOP-5 çempionatları, eləcə də, digər ölkələrin liqaları təxirə salınıb, oyunlar isə azarkeşsiz keçirilir. Belarusda da koronavirusa 50-yə yaxın yoluxan var. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest