UEFA klubların maliyyə feyr-pleyi qaydalarına uyğunluğunu yoxlayarkən koronavirusla bağlı vəziyyəti nəzərə alacaq.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunub ki, klubların vaxtı keçmiş borcları olmadığını sübut etmək üçün son tarix martın 31-dən aprelin 30-na təxirə salınıb:
 
"Qaydalarla bağlı monitorinq fəaliyyətinə gəlincə, fors-major halları prinsipi artıq reqlamentlə tənzimlənib. Bu prinsipə əsasən, klublardan asılı olmayan istənilən fors-major hal onların dəyərləndirilməsinin bir hissəsi kimi nəzərə alınacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest