"Yuventus"un hücumçusu Qonzalo İquain karantindən çıxıb. Matc.az xəbər verir ki, buna səbəb anasının xəstələnməsi olub.

32 yaşlı argentinalı Fransa və İspaniya vasitəsilə vətəninə dönməyə məcbur qalıb. İtaliyadan ayrılmadan əvvəl futbolçu koronavirus testindən keçib. Testin nəticəsinə görə oyunçuda virus aşkarlanmayıb.

Qeyd edək ki, "Yuventus"un iki futbolçusu -  Daniel Ruqani və Blez Matuidi koronavirusa yoluxub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest