"İnter"in hücumçusu Romelu Lukaku koronavirus səbəbindən karantinə alınmasından danışıb. Matc.az xəbər verir ki, o, yaxınları üçün darıxdığını bildirib:

"Anam, oğlum, qardaşım üçün darıxıram. Heç kimlə əlaqə qura bilməməyiniz pisdir. Məşqləri, azarkeşlər önündə meydana çıxmağı çox özləyirəm. İnsan belə anlarda əlindəkinin qiymətini bilir. Mümkün qədər diqqətli olmalısınız. Bu, hər kəsə təsir göstərə bilər. Təsadüfən bir virus alıb yaxınlarınıza yoluxdura bilərsiniz. Anam şəkər xəstəsidir. Buna görə də o, yüksək risk qrupundadır. Bu səbəbdən də onunla görüşmürəm".

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 245 min nəfəri keçib. Onların 10 mindən çoxu vəfat edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest