"Milli komandanın oyunları üçün bir həftə ərzində uzun yol qət etsəm də, özümü gümrah hiss edirəm. Həmişəki kimi, hazıram". Matç.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Yığmamızın Millətlər Liqasındakı son oyunlarının ardından Almaniyaya qayıdan Nazarov klubu "Aue"nin düşərgəsinə qoşulub. O, II Bundesliqa çərçivəsində "Bohum"la bu gün keçiriləcək görüşdə qələbəni hədəflədiklərini söyləyib: "Milli üzvü olduğum üçün çox sevinirəm. Bu, normal yükdü. Oyun sayı çox olsa da, formamı qoruyacam. "Aue"nin baş məşqçisinin açıqlamasını oxudum. O, mənə güvənir. Əlbəttə ki, bu amil məni sevindirir. Nəyə qadir olduğumu yaxşı bilir. "Bohum"la matçda da qələbə qazanmağı hədəfləyirik".

28 yaşlı oyunçu Kosovoya məğlubiyyəti (0:4) də şərh edib: "Kosovoya qələbə dalınca getmişdik. çünki başqa yolumuz yox idi. Ancaq ilk dəqiqədən hesabda geri düşdük. İkinci hissədə isə konsentrasiyanı tamam itirdik. Bu, əsəb verici hadisə idi. Artıq irəli baxmaq lazımdı. Növbəti turnirə - Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest