Futbol üzrə Argentina yığma komandasının sabiq qapıçısı Amadeo Karriso dünyasını dəyişib.
 
Matc.az xəbər verir ki, "River Pleyt"in əfsanəvi futbolçusu 93 yaşında vəfat edib.
 
Karriso 1945-ci ildən 1968-ci ilə qədər "River Pleyt"də forma geyinib. O, bu komanda ilə 5 dəfə Argentina çempionu olub.
 
1954-1964-cü illər aralığında Argentina millisində 20 rəsmi oyuna çıxan Amadeo, bu ölkənin ən yaxşı qapıçılarından hesb olunur. Təsadüfi deyil ki, Argentina parlamenti 2011-ci ildə onun dünyaya gəldiyi 12 iyun tarixini bu ölkədə milli qapıçılar günü elan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest