Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov "Proyssen"in III Bundesliqanın qarşıdakı turunda "Ayntraxt"la (Braunşveyq) matçında start heyətindən kənarda qala bilər. Matç.az saytı xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, forvard Azərbaycan yığmasının heyətində qısa müddətdə çox yol qət edib və üzərində həm yorğunluq, həm də psixoloji gərginlik var. Bütün bunları nəzərə alan Münster klubunun baş məşqçisi Marko Antverpen alternativ variantlar axtarışındadı. çalışdırıcı ev oyununda komandanın bombardirini ikinci hissədə meydana buraxmaq barədə düşünür. "Ayntraxt"la qarşılaşmada Tobias Rühle ilk dəqiqələrdən yığmamızın üzvünün yerinə hücum xəttində mübarizə apara bilər.

Qeyd edək ki, "Proyssen" – "Ayntraxt" oyunu noyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest