İngiltərənin "Portsmut" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəstəliyə yoluxanlar Ceyms Bolton, Endi Kannon və Sin Raqqettdi. Onlardan götürülən koronavirus testinin nəticələri pozitiv çıxıb. Bu üzdən də hər üç futbolçu karantinə alınıb. Hazırda özlərini yaxşı hiss edən oyunçuların müalicəsi davam edir.
 
Klubun yaydığı məlumatda o da bildirilib ki, komandanın bütün üzvlərindən və digər işçilərdən testlər götürülüb. Lakin onların tes nəticələri hələlik kluba təqdim olunmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest