Futbol üzrə Norveç yığma komandasının baş məşqçisi Lars Laqerbek məvacibinin 20 faiz azaldılmasına razılıq verib.
 
Matc.az xəbər verir ki, o, aprel ayından etibarən maaşını məhz 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.
 
71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub. Məlumatda o da bildirilir ki, Laqerbekin rəhbərlik etdiyi məşqçilər korpusunu digər üzvləri də müqavilələrinin sonuna kimi eyni qaydada güzəştə razı olublar.
 
Laqerbek 2017-ci ildən Norveç yığmasının baş məşqçisidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest