İspaniyanın "Real" klubunun koronavirusa yoluxan sabiq prezidenti Lorenso Sans vəfat edib.
 
Matc.az "Marca"ya istinadən xəbər verir ki, martın 17-də koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilən 76 yaşlı keçmiş futbol funksioneri ayın 21-də dünyasını dəyişib.
 
Sans 1995-2000-ci illər aralığında Madrid klubunun prezidenti olub. "Real" onun rəhbərliyi dövründə 2 dəfə UEFA çempionlar Liqası, 1 dəfə FİFA Klublararası Dünya çempionluğu, 1 dəfə La Liqa çempionluğu və 1 dəfə İspaniya super kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest