"Mankunianlar"ın baş məşqçisi Joze Mourinyonun həm Şkriniar, həm də Perişiçlə maraqlanması bu dəyişikliyin baş tutma ehtimalını artırır.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba yenidən İtaliyaya qayıda bilər. Matç.az saytının "Tuttosport"a istinadən məlumatına görə, budəfəki ünvan "Yuventus" deyil, "İnter"di.

Milan klubunun idman direktoru Beppe Marottanın qış fasiləsində ilk həmləsi məhz fransalı orta sahə oyunçusu olacaq. "İnter" bu keçid müqabilində qarşı tərəfə müəyyən məbləğdə pul və Milan Şkriniar – İvan Perişiç cütlüyündən birini təklif edəcək.  "Mankunianlar"ın baş məşqçisi Joze Mourinyonun həm Şkriniar, həm də Perişiçlə maraqlanması bu dəyişikliyin baş tutma ehtimalını artırır.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted"ə 2016-cı ildə "Yuventus"dan keçsə də, Mourinyo ilə münasibətləri qaydasında deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest