UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salıb.
 
Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.
 
Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını da gələn ilə təxirə salıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest