"Real"ın hücumçusu Luka Yoviç karantindən qaçdığı üçün həbs edilə bilər. Matc.az xəbər verir ki, sevgilisinin ad günü üçün ölkəsinə gedən futbolçuya təpkilər artır.

İspaniyada karantində qalmalı olan 22 yaşlı oyunçu buna məhəl qoymadan Serbiyaya getmişdi. Bunun ardından ölkəsində ona qarşı kəskin etiraz oldu. Serbiyanın baş naziri Yoviçi yaxşı örnək olmamaqda ittiham etdi. Ancaq ölkə prezidenti Aleksandar Vuçiç isə daha sərt təpki göstərdi. O, futbolçuya milyonlarla insanın həyatının önəmli olduğunu izah edəcəyini açıqladı.

Luka Yoviç məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama verib. O, test nəticələrinin yaxşı olduğu üçün ölkəsinə gəlməyə qərar verdiyini bildirib. Futbolçu etdiyi hərətkətdən peşman olduğunu və hər kəsdən üzr istədəyini qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest