"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın XIII turunda "Barselona" ilə keçiriləcək oyunu dəyərləndirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı mütəxəssis rəqibi tərifləyib.

O, kataloniyalıları ən yaxşı komanda hesab edir: "Mən hələ də "Barselona"nın dünyanın ən güclü komandası olduğunu düşünürəm. Ola bilsin ki, kimlərsə mənimlə razılaşmasın. Bu matçdan əvvəl zədələnməməyə çalışdıq. Heytədə minimal itkilər var. Qarşılaşmanın nə qədər əhəmiyyətli olduğunu bilirik".

Qeyd edək ki, bu gün keçiriləcək "Atletiko" – "Barselona" oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest