Neymar yayda "Barselona"ya qayıda bilər.  Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu koronavirus üzündən maddi problem yaşayır. Bu səbəbdən də braziliyalı futbolçunu almaqda maliyyə sıxıntısı var. Ancaq "Mançester Yunayted"in Antuan Qrizmannı istəməsi vəziyyəti dəyişə bilər. Kataloniya təmsilçisi fransalıdan gələn pulla Neymarı heyətinə qatmağı düşünür.

Qrizmannın klubda gözləntiləri qarşılaya bilmədiyi bəllidir. Bu səbəbdən də azarkeşlər və rəhbərlik onun getməsini uyğun sayır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest