"Rəqib səni sıxırsa, oradan çıxmalısan. Top itirəndə rəqib əks-hücuma gəlir. Biz isə qabaqda idik. Belə şeylər olur"

"Oyunun ilk 20-25 dəqiqəsi istədiyimiz kimi alındı. Rəqibi düzgün analiz etmişdik. Lakin təəssüf ki, sonradan ssenari dəyişdi. İkinci hissədə özümüz özümüzə narahatlıq yaratdıq. Əsas nəticə idi, onu da qazandıq". Matç.az saytı xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Keşlə" üzərində 2:1 hesablı qələbədən sonra söyləyib.

30 yaşlı kapitan daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Keşlə"nin üstünlüyə yiyələnməsi sizin arxayınlığınızdan irəli gəldi?

- Tək bizdə deyil, başqa oyunlarda da fasilədən sonra ssenarinin dəyişdiyini görürük. Futbolda bu normaldı. Hesabı qorumağı bacardıq. Rəqib bir qol vurdu, üstünlük onların tərəfinə keçdi. Birini də vursaydılar, bilmək olmazdı matç necə yekunlaşacaqdı.

- çox sayda qol epizodunu boşa verdiniz. Bunun sizə baha başa gələcəyini düşünmədiniz?

- Düzü, bunu fikirləşmədim. Mənim epizodumda zərbəni vuranda sevinməyə gedirdim. Döndüm ki, top üzümə qayıdır (gülür).

- İki epizodda komanda yoldaşınız Təmkin Xəlilzadəyə narazılığınız nədən idi?

- Rəqib səni sıxırsa, oradan çıxmalısan. Top itirəndə rəqib əks-hücuma gəlir. Biz isə qabaqda idik. Belə şeylər olur.

- Stabillik üçün "Qəbələ"yə nə çatmır?

- Onu deyə bilmərəm. Heyətimiz yaxşıdır, narahatlıq yoxdur. Stabillik olmadığını mən də bilirəm. çalışacağıq gələn oyun yaxşı olsun.

- çempionluq uğrunda mübarizə aparan komandalarla aranızda böyük fərq var...

- Biz konkret çempionluğa oynamırıq. "üçlüy"ə düşüb, Avropa Liqasına gedərik.

- Millinin son oyunlarına çağırılmamağınız nə ilə bağlıdır?

- Bu haqda mənə bir söz deyilməyib.

- Kosovoya 0:4 hesablı biabırçı məğlubiyyət barədə nə deyə bilərsiniz?

- Biabırçılıq deyəndə ki, oxuyuram, izləyirəm. Bizi həmin matçda erkən qol yıxdı. Həmin qol vurulmasa, bilmək olmazdı necə olacaq. Qolları vurdular, ustalıqları açıldı.

- Millidə baş məşqçi Qurban Qurbanova qarşı "torba" söhbəti gündəmdədir. Bu barədə nə söyləyə bilərsiniz?

- Mən bu işi bilmirəm. İnanmıram...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest