"Ağır oyun idi. "Sabah" çox yaxşı müdafiə olundu". Matç.az saytı xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Topaz Premyer Liqasının XII turunda "Sabah"ı qəbul edən Ağdam təmsilçisi 1:1 hesablı bərabərliklə kifayətlənib.

Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Hücum planında bəzi çətinliklər hiss olunurdu. Millidən və avrokubok oyunlarından sonra müəyyən çətinliklər oldu".

- Gündəmi zəbt edən mövzu Kamran Ağayevdi. Millinin baş məşqçisi kimi bu məsələyə aydınlıq gətirərdiz...

- İstəməzdim ki, komanda, oyunçu haqda belə düşüncələr səslənsin. Ola bilər ki, ciddi bir şey yox idi. Ağrılar hiss oluna bilərdi. Onun oynamamasına görə narahat deyiləm. Sizi narahat edən milli ilə Kosovoya getməməsi idi. Hər şeyi futbolçunun üzərinə buraxmışıq. İstəmərəm ki, oyunçuların üzərinə çox gedilsin.

- Kosovoya məğlubiyyət, bu gün heç-heçə... "Sportinq"lə görüşdə çətinlik olmayacaq?

- Düşünmürəm. Milli üzvləri il ərzində 60-a dək oyuna çıxırlar. Bu da az deyil. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını hesab etmirəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.

- Elxan Məmmədovun bu gün sizinlə kənarda söhbət etməyi sürpriz oldu. Sirr deyilsə, nədən danışdınız?

- çempionat oyunlarının hamısında iştirak edir. Bir yerdə işləyirik. Söhbətimiz barədə ətraflı danışmağım düzgün olmaz.

- Tərlan Əhmədov Kamranla bağlı verilən suala cavabında bildirdi ki, milli bir oyunçudan asılı deyil və bizim dövrümüzdəki futbol indikindən daha yaxşı idi. Buna münasibətiniz necədi?

- Neçə illərdi futboldayam. Belə təxribatlardan uzaq olmaq istəyirəm. Həmişə öz işim barədə düşünməyə və qiymət verməyə çalışmışam. Həmin dövrlərdə bir yerdə oynamışıq. Nəticələr statistikada görünür. Pis başa düşməyin, amma bu açıqlamanı özüm oxusam, daha dolğun cavab verə bilərəm. Belə hallarda fikir bildirənlər daha çox olur. 3-4 il əvvəl futbola zərbə gəldi. Əvvəlki çempionatlarımızı yadınıza salın. ölkədə devalivasiya oldu, komandalara təsirsiz ötüşmədi. Yenə də nəticələrimizi qorumağa çalışmışıq. Bir az uğursuzluq olan kimi, fikir bildirənlər də artır. Həmişə demişəm ki, hərə öz işini daha da yaxşılaşdırsa, futbolumuz üçün faydalı olar. Kiminsə futbolunu müzakirə etməmişəm. çalışmışam hamını tərifləyim, arxasında durum. Xüsusən də, öz məşqçilərimizin. Məsləhət vermək ən asan işdi. çalışıb birlik yaratmalıyıq. Heç kim haqda pis fikirdə olmuram. Vəzifəm vətənimə xidmət etmək və işimi layiqincə yerinə yetirməkdi. Mən də bunun üçün çalışıram. Futbolda kimlər məğlub olmayıb ki, 5-10 illik uğurdan sonra oyununda eniş yaranmayıb ki?

- Bu gün rəqibin qolundan sonra Rəşad Sadıqov və Elçin Rəhmanov hakimə etiraz edirdilər. Siz isə sakit davranırdınız. Hakimliklə razı olduğunuz üçün etiraz etmirdiniz?

- Həm hakimlik, həm də futbolçular baxımından gərgin oyun oldu. Futbolçular da emosiyalarını saxlamaya bilərdilər. Əksinə, belə oyunlarda səbrli olmaq lazımdı. Paltardəyişmə otağında fikirlərimi bildirdim. Belə hallar vaxt itirməkdi. Mən də fikir bildirsəm, çılğınlıq göstərsəm, hakim yanıma gələr, 2-3 dəqiqə itirərik. Hakimlərə həmişə demişəm ki, rəqibin vaxtı gecikdirməsinə, tempin aşağı düşməsinə imkan verməsinlər. Belə hallarda hakimin üzərinə çox iş düşür.

- Sizə millidə müdaxilə olub-olmaması ilə bağlı azarkeşlərdə narahatlıq var. Onlara deyiləcək sözünüz varmı?

- Azarkeşlər nə qədər narahatdılarsa, onlardan o qədər razıyam. Onlar futbolumuzun uğurunu istəyirlər. Bir yerdə çətinliklərdən çıxmalıyıq. Bütün idman növlərində məğlub ola bilərik. Böyük ölkələrdə keçirilən oyunları hamı izləyir. çalışıb öz işimizi görməliyik. Bizim də iş saatımız az deyil. çətinliklə də olsa, nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Arxayın ola bilərlər ki, oyunumuz, nəticələrimiz yaxşı olması üçün hər şeyi edirik.

- Qurban Qurbanov azarkeşlərin etimadını millidə doğrulda bilirmi?

- Yenə deyirəm, çox vaxt ayırıram ki, işimiz uğurlu olsun. Günümün çox hissəsini futbola ayırıram.

- Son olaylardan sonra təzyiq hiss etmirsiz və bunun işinizə nə dərəcədə təsiri olur?

- Məşqçilikdə təzyiqlər mütləq olur. Bunlara da düzgün reaksiya verməlisən. Desəm ki, yox, yalançı olaram. Məni ən çox futbolçulara olan təzyiq narahat edir. Onları matça hərtərəfli hazırlaya bilərəm. Amma meydanda çalışırıq bu təzyiqi hiss etməsinlər, sərbəst olsunlar. Bütün dünyada belə hallar olur. Xüsusən də, məğlubiyyətdən sonra. çətin olmasına baxmayaraq, vəziyyəti stabilləşdirməyə çalışıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest