"Qarşıda hələ 16 matç var, heç nə bitməyib. Sona kimi mübarizə aparacağıq"

"Sabah"la oyunda "Qarabağ"ın bərabərlik qoluna imza atan Yakub Jezniçak oyundan sonra matç.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiniz?

- Topa nəzarət oyunboyu bizdə oldu. Rəqib öz meydanında bütü komanda ilə müdafiə olunurdu. Belə komandalara qarşı qol epizodu yaratmaq çətin olur. Biz də topa sahib olsaq da, imkan yarada bilmədik. Rəqibin isə bir şansı oldu və maksimum yararlandı. Qələbə üçün çalışsaq da, nəticədə heç-heçə etdik.

- Hücumda kəsərsiz olmağınızın səbəbi nə idi sizcə?

- Keçən mövsümə də nəzər salsaq, görərik ki, adətən 1:0 və ya 2:0 hesabı ilə qələbə qazanırdıq və adətən qolları son dəqiqələrdə vururduq. Bunun da əsas səbəbi bizə qarşı komandaların müdafiədə daha diqqətli oynamasıdır. Qarşıda hələ 16 matç var, heç nə bitməyib. Sona kimi mübarizə aparacağıq.

- Bu gün qol vursa da, sanki gərgin görünür. Nəticəyə görədi?

- Mənim üçün daha xoş olardı ki, qol vurmayım, amma komanda qalib gəlsin. Oyun tez-tez dayanırdı, hakim oynamağa imkan vermirdi. Bir epizodda da top uğrunda mübarizə olsa da, hakim mənə sarı vərəqə göstərdi. Hələ də başa düşə bilmirəm bu qərarı. Futbol elə oyundu ki, bir az sərtlik normaldı. Heç nədən sarı vərəqə almağım kefimi pozdu.

- Dörd gün sonra "Sportinq"lə oyun var. Bu xal itkisi ab-havanı pozacaqmı?

- Bunlar ikisi fərqli turnirlərdi. Ona görə bir-birinə təsir edəcəyini düşünmürəm. çalışacağıq ki, azarkeşlərimiz nəticədən asılı olmayaraq gözəl futbol izləsin.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest